TƏCİLİ! Azərbaycanda elektrik enejisi ilə bağlı yenidən problem yaranıb (YENİLƏNİB)

TƏCİLİ! Azərbaycanda elektrik enejisi ilə bağlı yenidən problem yaranıb (YENİLƏNİB)
Sosial 8678
Bu gün saat 18:30 radələrində işəqlar yenidən sönüb. BAKU.WS-in məlumatına görə, ölkənin əksər şəhər və rayonlarında elektrik enerjisinin verilməsi tam olaraq dayandırılıb. Çoxlu sayda insanlar Bakıda metroda vaqonlarda qalıb. Əməkdaşımızın hadisə yerindən verdiyi məlumata görə, metroda havalandırma sistemi işləmir, insanlar çətin anlar keçirdirlər. Bakı-Sumqayıt elektrik qatarı yolda qalıb. Hadisənin səbəbi barədə hələlik dəqiq məlumat verilmir. Avtobusların insanların pulsuz daşıdığı barədə xəbərlər yayılıb. Məlumata görə, Mingəçevir İES-in qəza baş vermiş 6-cı blokunda təmir-bərpa içləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yaranıb. Hazırda qəza nəticələrinin aradan qaldırılması üçün tədbir görülür. Təxminən bir saat sonra Bakının bəzi rayonlarında elektrik enerjisinin verilməsi bərpa olunub. Tədricən ölkənin digər rayon və şəhərlərində də elektrik enerjisinin bərpa olunacağı bildirilir.BAKU.WS

Oxşar xəbərlər

Bakı metrosunda işıqlar söndü - həyəcanlı anlar

Bakı metrosunda işıqlar söndü - həyəcanlı anlar

Bakı metrosunun “Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.Bu barədə məlumatı Metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişi...

4219 Hadisə 10:37 25 iyun 2018

Son xəbərlər