Bakı metrosunda işıqlar söndü - həyəcanlı anlar
25
iyn
2018
10:37
Bakı metrosunun “Gənclik” stansiyasında bu gün saat 09:30 radələrində işıqlar sönüb.Bu barədə məlumatı Metbuat.az-a həmin vaxt sözügedən stansiyada olan sərnişinlərdən biri məlumat verib. Bildirib ki, sərnişinlər həmin vaxt narahatlıq hissi yaşayıblar.Məsələ ilə bağlı Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında hadisənin baş verdiyini təsdiq edib:“Metropolitenə gələn elektrik xəttində gərginlik düşüb. Həmin anda işıqlar qəfil reaksiya verərək sönüb. Avtomatik olaraq ehtiyat mənbələr qoşulub. Problem təxminən 20-30 saniyə çəkib. Qatarın hərəkəti və sərnişin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb”.BAKU.WS
Oxşar xəbərlər
Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında problem yaranıb
Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.BAKU.WS "Report"a istinadən xəbər verir ki, gün ərzində bir neç...