Bakı metrosunda intihar
08
yan
2018
23:30
Bakı metrosunda intihar hadisəsi baş verib.BAKU.WS-in məlumatına görə, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, hadisə 22:10 radələrində "Ulduz" metro stansiyasında qeydə alınıb.Belə ki, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Mustafazadə Rəşad Əlixan oğlu özünü "H.Aslanov" metrostansiyasından "İçəri Şəhər"ə gedən, 11 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. N.Paşayev bildirib ki, həmin istiqamətdə qatarların hərəkətində 20 dəqiqəlik fasilə yaranıb. Ölən şəxsin meyiti hazırda relslərin üzərindən çıxarılıb və qatarların hərəkəti bərpa olub. N.Paşayev bildirib ki, kişinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Hazırda intihar edənin şəxsiyyəti müəyyənləşdirilir.Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda gözlənilməz hadisə - qadın relslərin üstünə yıxıldı
Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin s...