Bakı metrosunda özünü qatarın altına atan şəxsin kimliyi bilindi (YENİLƏNİB)
Bakı Metrosunda intihar edən şəxsin kimliyi bilinib.
Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, ölən şəxs 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurovdur. Hadisə saat 11.08-də baş verib. Qatarların hərəkət qrafikində heç bir problem yaranmayıb.
***11.36
Bakı Metrosunda dəhşətli intihar hadisəsi baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, hadisə metronun "Əhmədli” stansiyasında qeydə alınıb. Hələlik şəxsiyyəti müəyyənləşdirilməyən vətəndaş özünü hərəkətdə olan qatarın altına atıb. İntihar edən gənc oğlandır. O, hadisə yerindəcə ölüb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. FOTO: Emil Əliyev Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda övladı olmayan gəlindən dəhşətli əməl
Ötən gecə Bakının Nizami rayonunda gəlin özünü öldürüb. Nizami rayon Polis İdarəsi 24-cü polis bölməsindən BAKU.WS-ə verilən məlumata görə, hadisə Naxçıvani kü...