Bakı metrosunda özünü qatarın altına atan şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)
"28 may” metrostansiyasında özünü qatarın altına ataraq intihar edən şəxsin kimliyi müəyyən edilib.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həmin şəxs 1985-ci il təvəllüdlü Mirzəyev Rüstəm Fəxrəddinoviçdir. Onun Rusiya vətəndaşı olduğu bildirilir. Hazırda fakt üzrə araşdırma aparılır.
***12:49
Özünü qatarın altına atan şəxs gənc oğlan olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, artıq onun meyiti qatarın altından çıxarılıb.
Bakı Metropoliteninin mətbuat xidmətini rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, qatarların hərəkəti bərpa edilib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparır.
***12:36
Bu dəqiqələrdə Bakı metropolitenində dəhşətli hadisə baş verib.
Bakı Metropoliteninin mətbuat xidmətini rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, sərnişinlərdən biri "28 may” stansiyasında özünü qatarın altına atıb. Bu səbəbdən metroda qatarların hərəkətində problem yaranıb. "Qatarları saxlamışıq və hazırda qatarların hərəkətində problem yaranıb. Bir kişi özünü qatarın altına atıb. İndi onun meyitini çıxarmağa çalışırlar”, - deyə Nəsimi Paşayev bildirib. Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır. Ziya Səccad BAKU.WSOxşar xəbərlər
Bakı metrosundan istifadə edənlərə şad xəbər
Bakı metropoliteninin tikilməkdə olan yeni metrostansiyalarından olan "Avtovağzal” ərazisində piyada körpüsü salınacaq. Bakı metropoliteninin mətbuat xidmətini...