Bakı metrosunda gözlənilməz hadisə - qadın relslərin üstünə yıxıldı
15
noy
2017
10:36
Bu gün səhər saatlarında metronun “Xalqlar Dostluğu” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarların hərəkətində 5-6 dəqiqəyədək interval yaranıb. Sərnişin sıxlığından vətəndaşlar yenə də vaqonlara minməkdə çətinlik çəkiblər.“Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Modern.az-a faktı təsdiqləyib. O bildirib ki, buna səbəb səhər 08:18 radələrində vətəndaşın qəfildən relslərin üzərinə yıxılması olub:“Bu 1963-cü il təvəllüdlü Sevda Osmanova olub. “Xalqlar Dostluğu” stansiyasında qatar olmayan vaxtda relslərin üstünə yıxılıb. Metro əməkdaşlarının və sərnişinlərin işarəsiylə qatar stansiyaya daxil olanda maşinist saxlayıb, qadını oradan çıxarıblar”.N.Paşayev bildirib ki, başından xəsarət alan qadın dərhal təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.Qurum rəsmisi sərnişinlərə müraciət edib:“Bir daha xəbərdarlıq edirik ki, sərnişinlər təhlükəsizlik xəttini keçməsinlər. Ən əsası da bugünkü hadisə zamanı 3 sərnişin relslərin üstünə atlayaraq yıxılan sərnişinə yardım etməyə çalışıblar. Bu, qətiyyən yolverilməzdir. Çünki bu, onların həyatı üçün də təhlükə yaradır. Sərnişinin xilas edilməsi zamanı xəttə interval yaranıb. Hazırda qatarlar müəyyən olunmuş interval üzrə hərəkətdədirlər”.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosunda gərginlik: sərnişinlər platformada qaldı
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb."Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev BAK...