SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Formula 1 Avropa Qran Pri yarışı üçün xüsusi inşa olunan Bakı Şəhər Halqasının Əziz Əliyev küçəsindən keçən hissəsində qənbər daşların üzərinə qoruyucu və müvəqqəti birinci asfalt qatının salınması ilə əlaqədar görülən işlər bu həftəsonuna yekunlaşacaq".
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən BAKU.WS-ə verilən məlumata görə, asfalt örütüyünün çəkilməsi zamanı qənbər daşların zərər görməməsi üçün bütün işlər yüksək həssaslıqla həyata keçirilir.
 
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai qənbər daşlarla örtülü küçələrdə aparılan asfaltlaşdırma işləri ilə əlaqədar qeyd edib ki, həmin küçələr yarışdan sonra tezliklə əvvəlki vəziyyətinə qaytarılacaq:
 
"Trekin yarış standartlarına uyğun olaraq tikintisi ilə bağlı artıq xeyli iş görülüb. Biz bu işləri apararkən tarixi və mədəni abidələrin, o cümlədən trekin İçəri Şəhər ətrafından keçən hissəsində olan qənbər daşların zərər görməməsinə xüsusi diqqət yetiririk. Niyazi və Əziz Əliyev küçələrindəki qənbər daşlar müvəqqəti olaraq qoruyucu asfalt qatı ilə örtüləcək və yarış başa çatdıqdan sonra bir ay ərzində həmin asfalt örtüyü aradan qaldırılaraq şəhərin bu tarixi küçələrinin yenidən əvvəlki görüntüsünə qaytarılması təmin olunacaq”.
 
Şahin Həbibov
BAKU.WS