8 ölkədə 8 yazı - Aqil Ələsgərin Qərbi Azərbaycanla bağlı Avropada silsilə yazıları yayınlandı - FOTOLAR

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Avropadakı türk mediasında Qərbi Azərbaycana qayıdış mövzusunun inkişafı” layihəsini həyata keçirib.
Layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Avropanın siyasi paytaxtı sayılan Belçikanın Brüssel şəhərində nəşr olunan “Belçika Aydın Haber” jurnalının baş redaktoru Cəlil Gündoğdu, “Brukselturk.be” saytının baş redaktoru Yusif Cinal, Hollandiyanın Amsterdam şəhərində Türk Evi Topluluğunun sədri, tanınmış yazar Veyis Güngör, Belçika Türk Jurnalistlər Birliyinin sədri Hüseyn Dönməz, Rotterdam şəhərində fəaliyyət göstərən “Manşet” saytının baş yazarı Mehmet Əli Topçu, Almaniyada fəaliyyət göstərən “Haberin saatı” saytının baş redaktoru İlhan Kılıç, “Bağımsız Objektiv” saytının qurucusu Murad Əli Blax ilə görüşüb.

Layihə çərçivəsində Avropa Türk Media və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş ilə görüşən Aqil ƏləsgərAvropadakı yeganə böyük türk telekanalı olan “Kanal Avropa”da da çıxış edərək Qərbi Azərbaycan mövzusunun aktuallığını Avropadakı türklərə çatdırıb.
Türk İnternet Media Birliyinin Almaniya təmsilçisi Ərdal Altuntaşın dəvətilə Hamburq Türk Jurnalistlər Birliyi üzvü olan jurnalistlərlə görüşən A.Ələsgər jurnalistlərin suallarını cavablandırıb.

Hamburq Türk Jurnalistlər Birliyinin sədri Ahmet Durmus, Hamburqun ictimai radiosu olan “Tide”ın proqram rəhbəri Rza Atamtürk kimi tanınmış jurnalistlərin iştirak etdiyi görüşdə həm Azərbaycan-Türkiyə əlaqələri, həm də Qərbi Azərbaycan mövzusu ciddi müzakirə olunub.

1. Almaniyanın Obenhausen şəhərində yayımlanan “Haberin saatı” saytında:
“Batı Azerbaycan gerçekleri: Revan’dan Türk izinin silinmesinin tarihi kanıtları”https://www.haberinsaati.com/bati
2. Böyük Britaniyanın paytaxtı London şəhərində yayımlanan “Tirkish Press News” saytında:
“Batı Azerbaycanlıların Geri Dönüş konsepti: Revan ve Zengezur Türkleri Ermenistan’dan ne talep ediyorlar?”
3. Rumıniyanın Buxarest şəhərində fəaliyyət göstərən “Gazete Balkan” saytında:
“Taşnaklardan Sovyetler’e acı miras: Belgelerle yüz yıllık Revan’ın Türksüzleştirilme operasyonu”
4. Belçikanın Brüssel şəhərində fəaliyyət göstərən və Belçika Türk Jurnalistlər Birliyinin yayım orqanı olan “Gundem.be” saytında:
“İrevanda’da Ortodoks kilisesine dönüştürülen Osmanlı Camii – Hilali haç ile değiştirilen Recep Paşa Camii’nin acıklı hikâyesi”
https://www.gundem.be/yazarlar/konuk-yazarlar/recep-pasa-camiinin-acikli-hikayesi/
5. Almaniyanın Hamburq şəhərində fəaliyyət göstərən “Hamburghaber.de” və Ştutqart şəhərindən yayımlanan “Kilim” qəzetində:
“Görgü tanıkları Batı Azerbaycan’dan sürgünü anlatıyor, “Türk olduğumuz için bize dükkânlarında yiyecek vermiyorlardı””
6. Belçikanın paytaxtı Brüsseldə fəaliyyət göstərən “Belçika Aydın Haber” saytında və Almaniyanın Vitten şəhərindən yayımlanan “Avrupanın sesi” saytlarında:
“Batı Azerbaycan Topluluğu Başkanı: “Türkiye’deki yurttaşlarımız Revan’ı unutmuyor”
http://www.belcikaaydinhaber.com/?act=show&code=detail&id=24980
7. Belçikada yayımlanan “Brükseltürk” və Kosovada fəaliyyət göstərən “Kosovaport” saytlarında:
“Türkiye’de Batı Azerbaycan izleri: Revan Türklerinin Cumhuriyet’e katkıları”
8. Niderland Krallığında fəaliyyət göstərən “Manset.nl” xəbər saytında, Türkiyədə fəaliyyət göstərən “Birlik” Xəbər Agentliyi və Gürcüstanda fəaliyyət göstərən “Aktual.ge” saytlarında:
“Revanlı olup Türkiye’yi yurt edinenler: Atatürk, son Revan Hanı’nı neden İstiklal Madalyası ile ödüllendirdi?”
Bundan başqa, səfərlə bağlı Avropa və Türkiyənin müxtəlif tanınmış saytlarında aşağıdakı xəbərlər yer alıb:
https://radyoyanki.com/alesger-hamburgda-basin-mensuplariyla-bulustu/
https://brukselturk.be/2024/06/15/avrupa-izlenimlerim/
https://www.gazetehamburg.com/haber/agil_alesgerazerbaycan_barisa_kararli-53819.html
Ümumilikdə səkkiz (8) yazı aşağıda adı çəkilən ölkələrdə fəaliyyət göstərən media subyektlərində yayımlanıb:
Böyük BritaniyaAlmaniyaBelçikaNiderlandRumıniyaKosovaGürcüstanTürkiyə
Səfər çərçivəsində görüşülən şəxslərə Azərbaycan zəfərinin nişanəsi olan “Xarı Bülbül” plaketi verilib.
Qalereya
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...
