"8 Noyabr"da sönən işıqforlar işlək vəziyyətə gətirilib
Yeniliklərdən dərhal xəbərdar olun
Elelektrik enerjisinin verilişi bərpa olunub və işıqforlar işlək vəziyyətdədir. Qeyd olunan kəsişmədə svetoforların işləməməsinə səbəb ərazidə elektrik enerjisinin kəsilməsi olub.
Bu barədə BAKU.WS-ə NİİM-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, dərhal DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti quruma məlumat verilib. Problemin qısa müddətdə aradan qaldırılması məqsədilə işlər görülür.
***12:02
Bakının "8 Noyabr" prospektində işıqfor işləmir.
Bu barədə məlumat və görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bu gün səhər saatlarında Ramiz Quliyev küçəsi ilə "8 Noyabr" prospektinin kəsişməsində sözügedən hal müşahidə edilib.
Ərazidən kadrları təqdim edirik:
Oxşar xəbərlər
Lənkəranda ailə pomidor turşusundan zəhərlənib - RƏSMİ
Lənkəran rayonunda qeydə alınan zəhərlənmə faktı ilə bağlı araşdırmalara başlanılıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi...