Fuad Qəhrəmanlının ikinci qızı da ona QARŞI ÇIXDI - FOTO

Fuad Qəhrəmanlının ikinci qızı da ona QARŞI ÇIXDI - FOTO
Sosial 1396
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.BAKU.WS xəbər verir ki, bu barədə o, “Facebook” profilində paylaşdığı postda belə yazıb:“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”.Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.Qeyd edək ki, Selcan Yağmur atasından imtina etməsi barədə status dərc edib. Bunu şərh edən Fuad Qəhrəmanlı qızının profilinin oğurlandığını və paylaşımın həqiqətə uyğun olmadığını bildirib.S.Yağmur buna cavab olaraq, profilinin oğurlanmadığını və statusu özünün yazdığını deyib. Daha sonra F.Qəhrəmanlı qızının bu fikri böyük emosional gərginlik halında yazdığını söyləyib.Bu il avqust ayının 1-də Qəhrəmanlının həyat yoldaşı Qəhrəmanlı Zümrüd İsrafil qızı Abşeron rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qızının anası ilə qalması şərti ilə nikahın pozulmasına dair iddia qaldırıb. Mülki iş hakim Elman Məmmədov tərəfindən araşdırılır.

Oxşar xəbərlər

Son xəbərlər