SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda bəzi sərnişin avtobusunun sürücüləri gecə saatlarında gedişhaqqını qaldırması məlumatı yayılıb. 


Bu barədə paytaxt sakinləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, axşam saatlarında bəzi avtobus sürücüləri gedişhaqqını müəyyən edilmiş məbləğdən çox almağa çalışırlar. Bu da ən çox gedişhaqqı 20 qəpik müəyyən edilən avtobuslarda baş verir.


Bu addım qeyri-qanunidir və özbaşına gedişhaqqını bahalaşdıran sürücülər cəzalandırılacaq. Bu barədə Bakı Sərnişindaşımadan BAKU.WS-ə bildirdilər. Vurğulanıb ki, belə hallarla həmişə mübarizə aparılır.

Gedişhaqqıların rəsmi artırılmasına gəlincə, bu məsələ aktual deyil. Bu barədə Tarif Şurasından BAKU.WS-ə bildirdilər.


"Səhərdaxili sərnişindaşımada gedişhaqqı dəyişdirilməyib və bu məsələ müzakirə olunmur”, - deyə qurumdan məlumat verilib.

 

Qeyd edək ki, bu və buna oxşar özbaşınalıqlar məhz Nəqliyyat Nazirliyinin dövründən yaranıb. İndi də belə qanunsuzluqlar ara-sıra davam edir. Çox güman ki, bəzi sərnişindaşıma ilə məşğul olan sahibkarların Nəqliyyat Nazirliyilə razılaşmaları əsasında belə özbaşınalıqlara göz yumulurdu.


BAKU.WS hazırda Bakıda fəaliyyət göstərən avtobusların qiymət cədvəlini təqdim edir:

Ziya Babayev
BAKU.WS