Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Möhtəşəm qələbə qazandıq"
Azərbaycanın minifutbol millisinin baş məşqçisi Elşad Quliyev Rumıniya üzərində qələbə qazanaraq dünya çempionatında yarımfinala yüksəldikləri oyunu şərh edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mütəxəssis komandaya oyunlar zamanı dəstək olanlara təşəkkürünü bildirib.
O, futbolçuların yaxşı oyun göstərdiklərini vurğulayıb:
"Möhtəşəm qələbə qazandıq. Bizə dəstək olan hər kəsə, Azərbaycan xalqına təşəkkürümü bildirirəm. Çətin oyun oldu. Yarımfinalda Monteneqro ilə qarşılaşacağıq. Ümid edirəm ki, həmin görüşdə də qələbə qazanıb, finala adlayacağıq".
Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Oxşar xəbərlər
Azərbaycan güləşçisi reytinq turnirində bürünc medal qazanıb
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir. BAKU.WS xəbər verir ki, yarışın 3-cü günündə 3 güləşçimiz xalçaya çıxıb. Birgül Soltanov...