Bakıda ən bahalı mənzillər bu rayonda satılır - ŞOK QİYMƏTLƏR

Son aylarda Bakının əmlak bazarında bəzi rayonlar üzrə qiymətlər bahalaşıb.
BAKU.WS-in məlumatına görə, bəzi ərazilərdə qiymətlərdə hiss olunan artım qeydə alınıb.
Bahalaşma və ya ucuzlaşma tendensiyaları isə əsasən yerləşmə yerindən, mənzilin növündən və tikiliyə olan tələbatdan asılı olaraq dəyişir.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, Bakı üzrə qiymət artım aşağı seqment sayılan 250 min manata qədər evlərdə 1-2 faizə qədər qeydə alınıb: "Orta seqmentdə məbləği 300 mindən çox olan mənzillərin qiyməti sabitdir. Hər hansı tendensiyadan asılı olaraq qiymətlər dəyişə bilir.
Söküntü gedəcək binalarda təbii olaraq qiymətlər bahalaşır. Lakin yuxarı seqmentdə əksinə olaraq ucuzlaşma var. Qiyməti 700 min - 1,5 milyon manat olan evlərə tələbat az olduğu üçün qiymətlər düşmək məcburiyyətində qalır.

2024-cü il üzrə aparılan əməliyyatların sayında 2023-cü illə müqayisədə xeyli 15 faiz azalma var. Bahalı seqment üzrə danşsaq, Səbail rayonunda evlərin bir kvadrat metri üzrə qiymətlər 4 min - 5 min manatdan başlayır. Halbuki 10 il bundan əvvəl Bayılda evlərin qiyməti belə deyildi.
Bu gün Bayılda vəzi binalardan heç kvadratı 8500 manatdan belə evlər tapmaq olmur. Səbail rayonunda qiymət artımı yoxdur, çünki orada ucuz qiymətə mənzil yoxdur. Eyni vəziyyət Nəsimi rayonunun birinci zonasında da müşahidə olunur. Bu katerqoriyaya aid olan rayonlardan Yasamalın bir hissəsini, Nərimanov və Xətayinin mərkəzə yaxın olan hissələrini də aid etmək olar.
Lakin Həzi Aslanov metrosu yaxınlığında mənzilin bir kvadrat metrinin qiyməti 2000 manata çatıb. Yeni Günəşlidə isə qiymətlər 2 min manata yaxınlaşır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakının bir sıra yollarında tıxac yaranıb
Bakının bir sıra yollarında tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda: 1. Bakı-Sumqayıt şosesi, "20 Yanva...
