Üç ölkədə COVID-19-a yoluxma halları kəskin artdı

Tailand, Çin və Sinqapur yeni koronavirus dalğası ilə üzləşib və hökumətlər vətəndaşları maska taxmağa çağırır.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Nikkei Asia" portalı məlumat verib.
Qeyd olunur ki, 18-24 may tarixlərində Tailandda 53.5 min COVID-19-a yoluxma hadisəsi qeydə alınıb. Bundan əvvəl isə yanvardan mayın ortalarınadək olan dövrdə ümumilikdə 187 min yoluxma halı müəyyən edilmişdi.
Çinin Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, 28 aprel - 4 may tarixlərində Çin xəstəxanalarında aparılan infeksiya testlərinin demək olar ki, 16 faizi müsbət nəticə verib. Martın son həftəsində bu göstərici 6.3 faiz təşkil etmişdi. Çinli epidemioloq Çjun Nanşan daha əvvəl bildirmişdi ki, Çində dominant olan XDV və XDV.1 ştamının yeni variantları insan immun sisteminin müqavimətinə daha davamlıdır. Bu isə o deməkdir ki, hətta peyvənd olunmuş və ya COVID-19-dan sağalmış şəxslər də yoluxma riski altındadır.
Sinqapurda da son vaxtlar COVID-19 hallarının artması qeydə alınıb. 27 aprel - 3 may tarixlərində əvvəlki həftə ilə müqayisədə yoluxma hallarında 28 faiz, xəstəxanaya yerləşdirilmə hallarında isə 30 faiz artım qeydə alınıb.
Oxşar xəbərlər
Yayda həyatı kökündən dəyişəcək 3 BÜRC - Risk etməyin vaxtı çatdı
2025-ci ilin yayı astroloji baxımdan enerjilərlə dolu və dəyişiklik potensialı yüksək dövr olacaq. Xüsusilə bəzi bürclər üçün bu dövr həyatlarında əsas dönüş nö...
