Bakıda bəzi sahibkarlar avtobuslarda gedişhaqqını qaldırdılar (Tarif Şurasının təsdiqlədiyi CƏDVƏL)
Bakıda bəzi sərnişin avtobusunun sürücüləri gecə saatlarında gedişhaqqını qaldırması məlumatı yayılıb.
Bu barədə paytaxt sakinləri BAKU.WS-ə bildiriblər. Verilən məlumata görə, axşam saatlarında bəzi avtobus sürücüləri gedişhaqqını müəyyən edilmiş məbləğdən çox almağa çalışırlar. Bu da ən çox gedişhaqqı 20 qəpik müəyyən edilən avtobuslarda baş verir.
Bu addım qeyri-qanunidir və özbaşına gedişhaqqını bahalaşdıran sürücülər cəzalandırılacaq. Bu barədə Bakı Sərnişindaşımadan BAKU.WS-ə bildirdilər. Vurğulanıb ki, belə hallarla həmişə mübarizə aparılır. Gedişhaqqıların rəsmi artırılmasına gəlincə, bu məsələ aktual deyil. Bu barədə Tarif Şurasından BAKU.WS-ə bildirdilər.
"Səhərdaxili sərnişindaşımada gedişhaqqı dəyişdirilməyib və bu məsələ müzakirə olunmur”, - deyə qurumdan məlumat verilib.
Qeyd edək ki, bu və buna oxşar özbaşınalıqlar məhz Nəqliyyat Nazirliyinin dövründən yaranıb. İndi də belə qanunsuzluqlar ara-sıra davam edir. Çox güman ki, bəzi sərnişindaşıma ilə məşğul olan sahibkarların Nəqliyyat Nazirliyilə razılaşmaları əsasında belə özbaşınalıqlara göz yumulurdu.
BAKU.WS hazırda Bakıda fəaliyyət göstərən avtobusların qiymət cədvəlini təqdim edir: Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Metro və avtobuslarda gedişhaqqı artacaq? (RƏSMİ AÇIQLAMA)
Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib. BAK...