Zaur Qurtsiyev partlayış nəticəsində həlak oldu
"Xüsusi hərbi əməliyyat"ın veteranı, "Qəhrəmanlar zamanı" proqramının iştirakçısı Zaur Qurtsiyev partlayış nəticəsində həlak olub.
![]()
BAKU.WS xəbər verir ki, bədbəxt hadisə Stavropol şəhərində yaşanıb. Bu barədə danışan qubernator Vladimir Vladimirov partlayışda Ukraynanın əli olduğunu iddia edib.
Partlayış zamanı həlak olan iki nəfərdən birində qumbara olub, sonradan partlayış baş verib. Onun ikisindən hansına aid olduğu açıqlanmayıb. Rusiya Daxili İşlər Nazirliyi və ya İstintaq Komitəsi bu məlumatı rəsmi şəkildə şərh etməyib.
"Hadisə yerində hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları işləyir. İstintaq tədbirləri aparılır. Şəhərdə vəziyyət sabitdir. Hər şey nəzarət altındadır," – deyə Vladimir Vladimirov bildirib.
Məlumat üçün bildirək ki, Zaur Qurtsiyev 2007-ci ildən Rusiya Silahlı Qüvvələrində xidmət edib. 2024-cü ilin sentyabrında Stavropol şəhəri administrasiyası başçısının birinci müavini vəzifəsinə təyin olunmuşdu.
Oxşar xəbərlər
Əraqçi: İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb
İran heç vaxt Livanın daxili siyasətinə müdaxilə etməyə çalışmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al...