Təmkin Xəlilzadə: "Tanrıya şükürlər olsun ki, qələbə qazandıq"
Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə minifutbol üzrə dünya çempionatında yarımfinala yüksəldikləri üçün xoşbəxt olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, futbolçu bunu İngiltərə ilə oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, qalib gəldikləri qarşılaşmanı şərh edib:
"Ola bilər ki, həyəcandan hisslərimi doğru ifadə edə bilmərəm. Çox həyəcanlıyam. Allaha şükürlər olsun ki, möhtəşəm qələbə qazandıq. Bizə dəstə olan hər kəsə öz təşəkkürümü bildirirəm. Çox əziyyət çəkirik, inanıram ki, sonda bu, öz bəhrəsini verəcək. Dünya çempionu olmağımıza son 2 oyun qalıb. İnşallah, arzumuza çatacağıq".
Qeyd edək ki, Azərbaycan yığması 1/4 finalda İngiltərəyə 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Oxşar xəbərlər
"Mançester Siti"də yeni dövr: Qvardiolanı köməkçisi əvəz edə biləcək?
"Mançester Siti"də uzun illər uğurlu dövrə imza atan Pep Qvardiola komandanı tərk etdikdən sonra baş məşqçi postuna Enzo Mareska gətiriləcək. Lakin italiyan mü...