452 ailəyə yeni mənzilin açarı təqdim edildi - FOTO

452 ailəyə yeni mənzilin açarı təqdim edildi - FOTO
Sosial 1030
SOCAR-ın prezidenti Rövnəq Abdullayev neftçilərə yeni mənzillərin orderlərini təqdim edib.BAKU.WS xəbər verir ki, sentyabrın 18-də, Neftçilərin peşə bayramı ərəfəsində neftçilər üçün Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki 28 May küçəsində 5c və 18c ünvanında inşa edilmiş 7 ədəd 9 mərtəbəli yeni yaşayış kompleksinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasim keçirilib. Tədbirdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri iştirak ediblər.Məlumat verilib ki, “Neftçi” mənzil-tikinti kooperativi binaların tikintisinə 2016-cı ilin yanvarından başlanıb. 28 may küçəsində istifadəyə verilən yeni binalarda 452 mənzil var. Binalarda ümumilikdə 27 ədəd dörd otaqlı, 199 ədəd üç otaqlı, 199 ədədi iki otaqlı və 27 ədədi isə bir otaqlı mənzillər vardır. Binalar su, elektrik xətti və təbii qazla təchiz edilib. Tam təmirli mənzillər mətbəx mebeli, giriş mebeli və qaz plitələri ilə təmin olunub, binaların həyətində istirahət guşəsi yaradılmış, ətrafı abadlaşdırılıb. Yeni mənzil alan neftçiləri təbrik edən SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları neftçilərin sosial şəraitinin yaxşılaşdırılmasını daim diqqətində saxlayır. Bu istiqamətdə həyata keçirilən tədbirlərimizdən biri də əməkdaşlarımızın növbəlilik əsasında mənzillərlə təmin edilməsidir. Biz bundan sonra da bu işlərimizi davam etdirəcəyik.” Daha sonra Rövnəq Abdullayev binaların açılışını bildirən rəmzi qırmızı lenti kəsərək, burada mənzil alan neftçilərə order və açarları təqdim etmişdir. Xatırladaq ki, mənzil uçotunda olan neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 2010-cu ildən “Neftçi” mənzil-tikinti kooperativi yaradılıb. Kooperativ yeni yaşayış binalarının tikintisi ilə məşğuldur. Hazırda Qaraçuxur qəsəbəsində coxmənzilli binanın tikintisini həyata keçirir. BAKU.WS

Son xəbərlər