41 yaşlı Fəridin sizin köməyinizə ehtiyacı var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
41 yaşlı Fərid Salmanzadənin sağlamlığına qovuşmaq üçün xalqın dəstəyinə ehtiyacı var.
BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı xroniki böyrək xəstəliyindən əziyyət çəkir:
“Fərid artıq xəstəliyin beşinci mərhələsindədir. Ölkədə bir neçə xəstəxanada, həkim-nefroloqlar tərəfindən müayinə edilib. Zəruri müalicələr tətbiq edilsə də, həkim qısa müddətdə Fərid üçün donor tapılmalıdır. Onun hər iki böyrəyinin ölçüləri sürətlə kiçilir. Bu səbəbdən həkimlər böyrək köçürülməsinə qərar veriblər”.
Böyrək köçürülməsi üçün 45-50 min manat pul lazımdır. Ailə məbləğin 10 min manatını toplayıb, məbləğin qalan hissəsinin toplamasına ehtiyac var.
F.Salmanzadənin müalicəsinə dəstək olmaq istəyənlər +99470 868 19 18 nömrələri vasitəsilə onun həyat yoldaşı ilə əlaqə saxlaya bilərlər.
Qalereya
Oxşar xəbərlər
"İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun təsdiqlənib
Prezident İlham Əliyev "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunu təsdiq edib. BAKU.WS xəbər verir ki, qanun Azərbaycan Respu...