36 məktəb direktoru işdən çıxarılıb - RƏSMİ

Ötən il 36 məktəb direktoru işdən azad edilib.
Bu barədə BAKU.WS-ə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2024-cü il ərzində müxtəlif istiqamətlər üzrə 4743 monitorinq keçirilib. Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib.
"Monitorinqlərin keçirilməsində məqsəd təlim-tərbiyə prosesinin, tədris-pedaqoji və metodiki, eləcə də kadrlarla işin təşkilini və maliyyə-təsərrüfat sənədlərini, vəzifə funksiyalarının icra vəziyyətini yoxlamaqdır. Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb. Cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər
Kulevi neft terminalı vasitəsilə 2024-cü ildə neft məhsullarının ixracı strukturu açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ona məxsus olan Kulevi neft terminalı vasitəsilə 2024-cü ildə neft məhsullarının ixracı strukturu barədə məlumatları təqd...