Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova ilə vida mərasimi keçirilir

Bərdədə Birinci Qarabağ müharibəsinin mülki şəhidi Təranə Zeynalova ilə vida mərasimi keçirilir
Foto
Sosial 81

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan mülki şəhid Təranə (Əsmayə) Davud qızı Zeynalovanın meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, şəhidin nəşi Bərdə rayonunda ailəsinə təhvil verilib.

Qeyd edək ki, Təranə (Əsmayə) Davud qızı Zeynalova 1970-ci il iyunun 1-də anadan olub. O, 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi istiqamətində (“Tunel” adlanan ərazi) itkin düşüb. T.Zeynalovanın qalıqları Xocalı rayonunun Malıbəyli kəndindəki məzarlıqda aşkar edilib.

T.Zeynalova Bərdə şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər