Masazırda zibillik problemi: Pis qoxu insanları təngə gətirib - VİDEO
04
avq
2024
12:09
Abşeron rayonunun Masazır qəsəbəsində daha bir ərazidə zibillik problemi sakinləri təngə gətirib.
Bununla bağlı görüntülər BAKU.WS-in “qaynar xətt”inə daxil olub.
Belə ki, sakinlər Masazır qəsəbəsində Əliağa Vahidin heykəlinin yaxınlığındakı ərazidə, Göz Klinikasına gedən yolda uzun müddətdir ki, zibillərin təmizlənmədiyini, aidiyyəti qurumların tədbir görmədiyini bildirib.
Nəticədə əraziyə toplanan zibillər həm bərbad görüntüyə səbəb olur, həm də pis qoxu insanların yaşayışını çətinləşdirir.
Görntüləri təqdim edirik:
Oxşar xəbərlər
Əliağa Vahidin qızı: “Texniki Universitetdə ayaqyolu təmizləyirdim, dilənçilik etmirdim” - FOTO
“İşsizliyimlə bağlı məsələ hələ də problem olaraq qalıb. Bir müddət əvvəl bu xəbər sosial şəbəkələrdə paylaşıldı. Bir çox insan yazmışdı ki, o boyda şairin qızı...