Masazırda zibillik problemi: Pis qoxu insanları təngə gətirib - VİDEO

Masazırda zibillik problemi: Pis qoxu insanları təngə gətirib - VİDEO
Video
Sosial 62

Abşeron rayonunun Masazır qəsəbəsində daha bir ərazidə zibillik problemi sakinləri təngə gətirib.

Bununla bağlı görüntülər BAKU.WS-in “qaynar xətt”inə daxil olub.

Belə ki, sakinlər Masazır qəsəbəsində Əliağa Vahidin heykəlinin yaxınlığındakı ərazidə, Göz Klinikasına gedən yolda uzun müddətdir ki, zibillərin təmizlənmədiyini, aidiyyəti qurumların tədbir görmədiyini bildirib.

Nəticədə əraziyə toplanan zibillər həm bərbad görüntüyə səbəb olur, həm də pis qoxu insanların yaşayışını çətinləşdirir.

Görntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər