VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.
 
BAKU.WS-nin APA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov  müvafiq əmr imzalayıb.
 
Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.
 
Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.
 
Arzu Mirzəyeva
BAKU.WS