Daxili İşlər Nazirliyinin mətbuat xidmətində yeni təyinat

Daxili İşlər Nazirliyinin mətbuat xidmətində yeni təyinat
Sosial 2254
 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətində yeni təyinat olub.

BAKU.WS-nin APA-ya istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov  müvafiq əmr imzalayıb.

Əmrə əsasən DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə tutduğu vəzifədən azad edilərək mətbuat xidməti rəisinin müavini təyin edilib. Onun yerinə isə hələlik təyinat yoxdur.

Qeyd edək ki, O. Mansurzadə 1995-ci ildən daxili işlər orqanlarında xidmət edir. Son yeddi ildə isə o DİN-in mətbuat xidmətində şöbə rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, 22 il DİN-in mətbuat xidmətinin rəhbəri olmuş Sadiq Gözəlov bir müddət əvvəl təqaüdə göndərilib. Onun yerinə mətbuat xidmətinin rəis müavini olmuş, polis polkovniki Ehsan Zahidov təyinat alıb.

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov Sadiq Gözəlovu təqaüdə göndərdi

Ramil Usubov Sadiq Gözəlovu təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq...

2192 Hadisə 19:43 24 yanvar 2017

Son xəbərlər