DIN-də yeni təyinat: Nazir əmr imzaladı

DIN-də yeni təyinat: Nazir əmr imzaladı
Sosial 2593
 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinə yeni rəis təyin edilib.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən polis-polkovniki Oqtay Kərimov Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilib. O. Kərimov buna qədər həmin idarənin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi olmuş polis general-mayoru Cavanşir Məmmədov bir müddət əvvəl yaş həddinə görə təqaüdə göndərilib. C. Məmmədov 21 il bu vəzifədə çalışıb.

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub

Azərbaycan daxili işlər orqanlarında yeni təyinat olub. BAKU.WS Report-a istinadən məlumat verir ki, polis polkovniki Əkbər İsmayılov Daxili İşlər Nazirliyinin...

2444 Sosial 11:09 23 iyun 2016

Son xəbərlər