Ramil Usubov Sadiq Gözəlovu təqaüdə göndərdi
Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.
APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.
Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.
DİN-in mətbuat xidmətindən APA-ya S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər.
Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Haqqın.az" saytı yayıb.
Oxşar xəbərlər
Ramil Usubov generalın oğluna yeni vəzifə verdi
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə...