Nazir polis rəisini sərəncama göndərdi

Nazir polis rəisini sərəncama göndərdi
Hadisə 2225
 

Daxili İşlər Nazirliyində daha bir kadr dəyişikliyi olub.

AzNews.az xəbər verir ki, daxili işlər naziri Ramil Usubov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, Nizami Rayon Polis İdarəsinin rəisi polkovnik Nofəl Məhərrəmov vəzifəsindən kənarlaşdırılıb və sərəncama götürülüb.

Xatırladaq ki, DİN-də bu gün daha bir kadr dəyişikliyi olub. Belə ki, polis general-mayoru Emin Şəkinski Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. O, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov generala yeni vəzifə verdi

Ramil Usubov generala yeni vəzifə verdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb. Avtosfer.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, DİN-nin Baş Cinayət...

1748 Sosial 17:21 16 iyun 2016

Son xəbərlər