SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Qarabağ bölgəsində separatçılara qarşı həyata keçirilən antiterror tədbirləri zamanı gözündən yaralanan hərbçimizin görüntüləri həm ölkə, həm də xarici mətbuatda geniş yayılıb.

Çoxları onu, “gözündən qan axa-axa gülən əsgər” kimi tanıyır.

BAKU.WS xəbər verir ki, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu hərbçimizlə danışıb və onun həyat hekayəsini öyrənib.

Qazimiz Quliyev Ceyhun Rafiq oğlu Salyan rayonunun Xalac kəndində doğulub. 2012-2015-ci illərdə ildə C. Naxçıvanski adına hərbi liseydə, 2015-2019-cu ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. Subaydır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində ön sıralarda döyüşüb. Antiterror tədbirləri başlayan gündən qanunsuz erməni silahlı dəstələrinə qarşı döyüşə qatılıb.

Ceyhun Quliyev hazırda Ağdaş xəstəxanasında müalicə alır. Gözündən, qolundan, sinəsindən və ayağından çox saylı qəlpə yaraları alıb. Sol gözündəki qəlpə çıxarılıb. “İndi dumanlı görürəm, amma həkimlər deyibki müalicə davam etdikcə, yaxşılaşacaq, get-gedə daha yaxşı görəcəm” deyir. Həkimlərdən, tibb bacılarından razılığını bildirən hərbçimiz müalicəsi bitəndən sonra xidmətə davam edəcəyini “Vətənim Azərbaycanın hər zaman təhlükəsizliyini qorumağa hazıram” deyir.

Sonda onun səhhətilə maraqlanan hər kəsə təşəkkür edib:

“Elyar bəy sizdən xahişim olacaq, mənimlə maraqlanan bütün ataların, anaların, bacıların, qardaşların əllərindən öpürəm, onlara salamlarımı, sevgilərimi və sayqılarımı çatdırıram. Allah sizi var eləsin. Var olun”.

BAKU.WS
QALEREYA