Bakıda valideynlərinin işgəncə verdiyi bacı-qardaşın taleyi necə olacaq? - RƏSMİ AÇIQLAMA
Bakıda valideynləri tərəfindən işgəncə gördükləri üçün evdən qaçan və daha sonra tapılan azyaşlı bacı-qardaşla bağlı daha bir rəsmi açıqlama verilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyindən bildirilib ki, məlumat daxil olan kimi qurumun əməkdaşları prosesə cəlb olunublar:
"Hazırda uşaqların mövcud vəziyyəti qiymətləndirilir. Müayinə və qiymətləndirmə prosedurları başa çatdıqdan sonra uşaqların mənafeyi əsas götürülərək, onların daimi qayğı ilə əhatə olunmaları üçün Sosial Xidmətlər Agentliyi tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcək".
Oxşar xəbərlər
Xəstəni 40 dəqiqə döydüyü iddia edilən sanitar danışdı: "Böhtan ataraq məni işdən çıxarıblar"
Bərdə Rayon Mərkəzi Xəstəxanasında sanitarın köməksiz və huşsuz vəziyyətdə olan pasiyenti 40 dəqiqə dayanmadan döydüyü faktı ilə bağlı təqsirləndirilən şəxs dan...