Azərbaycanda tanınmış musiqiçi vəfat edib

Azərbaycanda tanınmış musiqiçi vəfat edib
Foto
Hadisə 54

Tanınmış musiqiçi və musiqiçi-pedaqoq, "Zirvə" vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti Taleh Yusubov vəfat edib.

BAKU.WS xəbər verir ki,tanınmış musiqiçi 75 yaşında Şəkidə dünyasını dəyişib.

Belə ki, o "Zirvə" vokal-instrumental ansamblının yaradıcılarından biri və solisti olub.

O, 7 iyul 1951-ci il tarixdə Nuxada (indiki Şəki) anadan olub. 1971 – 1973-cü illərdə, təhsil aldığı Politexnik İnstitutunun xalq çalğı alətləri ansamblında (ansambla bəstəkar, xalq artisti Nəriman Əzimovun rəhbərlik edirdi) royal ifaçısı olub, 1971-ci ildə Daşkənddə keçirilən "Taşpi-71" Ümumittifaq Festivalında, 1972-ci ildə isə SSRİ-nin 50 illiyinə həsr olunmuş Ümumittifaq Televiziya Festivalında çıxış edib.

1971-ci ildən əvvəl Şəki İpək kombinatının "Təbəssüm" estrada ansamblının, az sonra isə Şəki mədəniyyət evinin "Zirvə" vokal-instrumental ansamblının yaradıcılarından biri və üzvü,

1976-cı ilin yayından Rahib Məmmədovun Füzuli adına Şəki mədəniyyət və istirahət parkının nəzdində yeni yaratdığı estrada ansamblının üzvü olub. 2009-cu ilədək "Zirvə"nin solisti kimi fəaliyyət göstərib (ansambl 1978-cı ilin iyul ayında Moskvada SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən Ümumittifaq Komsomolunun 60 illiyinə həsr olunmuş müsabiqədə 1-ci yeri tutub, dəfələrlə Azərbaycan Televiziyasında, Bakıda keçirilən Respublika əhəmiyyətli tədbirlərdə çıxışlar etmiş, Azərbaycanın bir çox şəhər və rayonlarında qastrol səfərlərində olub.

Azərbaycanda tanınmış musiqiçi vəfat edib

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər