Maşını xəttə uyğun saxladı, amma yenə cərimələndi - AYNA səbəbini AÇIQLADI
Paytaxtda bəzi parklanma yerlərində həm uzununa, həm də eninə nişanlanma xətlərinin olması sürücülərdə çaşqınlıq yaradır. Belə hallarda avtomobili hansı qaydada saxlamaq lazım olduğu ilə bağlı AYNA-ya sorğu ünvanladıq.
Qurumun BAKU.WS-ə bildirildi ki, parklanma yerləri təşkil edilərkən nişanlanma xətləri ilə yanaşı, parklanmanı tənzimləyən müvafiq yol nişanları da quraşdırılır.
"Əsas istiqamətverici isə 7.6.1 "Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu" əlavə məlumat nişanıdır".
AYNA qeyd edib ki, sürücülər belə hallarda avtomobili həmin nişanın tələbinə uyğun park etməli, tərəddüd yaranarsa, ərazidə xidmət göstərən bələdçidən məlumat almalıdırlar.
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda yağış yağacaq, şimşək çaxacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidm...