Xırdalanda binada GÜCLÜ YANĞIN - Sakinlər belə təxliyə olundu
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunublar.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 15 mərtəbəli yaşayış binasının elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın şaxta boyunca elektrik naqilləri yanıb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 6-sı uşaq olmaqla ümumilikdə 18 sakin təxliyə olunub.
Xəsarət alan olmayıb.
Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə nazirlikdən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Göygöldə evdən meyit tapıldı
Göygöl rayonunda yaşlı kişinin meyiti tapılıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb. Belə ki, 1964-cü il təvə...