Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
18
iyl
2026
23:23
Ağdaş rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva müalicə üçün yerləşdirildiyi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının yüksək hərarət səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Oxşar xəbərlər
Sumqayıtın mərkəzində ağır yol qəzası olub
Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Belə ki, hə...