Rusiyada "Mi-2" helikopteri qəzaya uğrayıb, pilot həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Krasnodar diyarında kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri Kalininskaya stansiyasından 2 km aralıda qəzaya uğrayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Kalininskaya stansiyasından 2 km aralıda tarlaların dərmanlanması həyata keçirilərkən kənd təsərrüfatı təyinatlı "Mi-2" helikopteri yerə düşüb. Hadisə nəticəsində 20 kv. m sahədə yanğın baş verib. Yanğın operativ şəkildə söndürülüb. Qəza nəticəsində hava gəmisinin pilotu həlak olub", - məlumatda bildirilib.
Faktla bağlı cinayət işi açılıb. Hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...