Niyam Salami: "Ritm haramdır, insanı başdan çıxarır"
"Qapqara" verilişinin yeni buraxılışının qonağı müğənni Niyam Salami olub.
O, musiqi və mənəviyyat arasındakı bağa toxunaraq qeyri-təbii ritmlərin insan ruhuna vurduğu zərərdən danışıb:
"Bəzən musiqinin haram olduğunu deyirlər, lakin belə deyil. Musiqi yox, ritm haramdır. Süni ritmlər insanı başdan çıxarır. Əgər biz klassik musiqiyə və ya muğama qulaq assaq, ruhumuz qidalanar. Amma klublarda eşidilən ritmlərin insan mənəviyyatına heç bir xeyri yoxdur".
Müğənni, həmçinin müasir dövrdə texnologiyanın, xüsusilə də sosial şəbəkələrin insan həyatına təsirindən söz açıb:
"Nə yaxşı ki, "TikTok"dan istifadə etmirəm. Telefon bir bədbəxtçilikdir. Biz hələ başımıza nələrin gələcəyini dərk etmirik. İndi hətta evinizdəki kamera vasitəsilə belə sizi izləyə bilərlər. Mən hələ də televiziyanı sevirəm, çünki orada mədəniyyət var".
Oxşar xəbərlər
Naxçıvanda MİQ üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb
Naxçıvanda ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsi yekunlaşıb. BAKU.WS "Report"a istinad...