Bred Pitt 33 yaş kiçik sevgilisi ilə Dünya Çempionatını izlədi
Hollivud ulduzu Bred Pitt 33 yaş kiçik sevgilisi Ines de Ramon ilə yenidən kameralara tuş gəlib.
BAKU.WS xəbər verir ki, cütülük FIFA Dünya Çempionatında qarşı-qarşıya gələn İspaniya və Belçika oyununu izləyib.
Matç İspaniyanın 2-1 hesablı qələbəsi ilə başa çatan zaman cütlük yerində dayana bilməyib və sevincli anlar yaşayıb.
Kameralara əks olunan görüntülərdə cütlüyün matç fonunda romantik anlar yaşadığı və bir-birini öpdüyü diqqət çəkib.
Matçın ən diqqətçəkən məqamlarından biri də onların İspaniya millisinə olan dəstəyi olub.
İspan əsilli amerikalı dizayner İnes de Ramon sevimli komandasının rənglərini əks etdirən geyimi ilə diqqət mərkəzində olarkən, Bred Pitt ABŞ forması ilə tribunada yerini alıb.
Stadionun xüsusi lojasında təkcə Pitt və Ramon yox, həm də Hollivudun ən məşhur ispan cütlüyü Xavyer Bardem və Penelopa Kruz da olub.
Öz ölkələrinin milli formalarını geyinən cütlük, İspaniyanın qolları zamanı tribunada qələbəni olduqca coşğulu şəkildə qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Hüseyn Tatlı "Sən şeytansan!" dediyi qardaşı İbrahimdən üzr istədi
Məşhur müğənni İbrahim Tatlısesin qardaşı Hüseyn Tatlı ondan üzr istəyib. BAKU.WS xəbər verir ki, Hüseyn sosial media hesabı vasitəsilə etdiyi emosional paylaş...