Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
Ötən gün məşhur aktyor Kerem Bursin Bakının qonağı olub.
BAKU.WS xəbər verir ki, aktyor Bakıya "Sea Breeze"dəki "Şöhrət xiyabanı"nda onun adına qoyulan ulduzun açılış mərasimində iştirak etmək üçün gəlib.
Bununla bağlı Xalq artisti Emin Ağalarov sosial şəbəkədə paylaşım edib.
Tədbirdən görüntülər paylaşan sənətçi "Şöhrət xiyabanımıza daha bir adlı "ulduz" əlavə olundu! Kerem Bürsin... Bir çoxlarının "Sen Çal Kapımı" serialı və digər layihələrdən tanıdığı istedadlı aktyordur. Tanışlığımıza çox şadam. Ümid edirəm ki, bu gün və Bakı onda ən xoş, ən isti təəssüratlar yaradacaq" - deyə bildirib.
Qeyd edək ki, Kerem Bursin "Sea Breeze"in "Şöhrət xiyabanı"nda ulduzu olan ilk məşhur deyil.
Dünyaca məşhur simalar Riki Martin, Uill Smit, Devid Fosterin də adına "Şöhrət xiyabanı"nda ulduzlar var.
Oxşar xəbərlər
Sindi Krouford 27 yaşlı oğlunun ölümündən danışdı: "Səni əbədi sevəcəyik"
Dünyaca məşhur supermodel Sindi Krouford 27 yaşında vəfat edən oğlu Presli Gerberin ölümü ilə bağlı ilk dəfə paylaşım edib. Model ailəsinin böyük kədər içində o...