Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu
Xalq artisti Aygün Kazımova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sözlərinə yazılan yeni mahnısını təqdim edib.
BAKU.WS xəbər verir ki, "Bilirəm" adlanan bəstənin musiqisi Kamala məxsusdur.
Aygün Kazımova mahnı üçün klip də çəkdirib.
Ekran işinin rejissoru Emin Muradovdur.
Klip Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə lentə alınıb.
Bu il səhnə fəaliyyətinin 40 illiyini qeyd edən ölkənin əsas ulduzu Aygün Kazımova yubiley ilini diqqətçəkən sənət layihələri ilə daha da zənginləşdirməkdə davam edir.
Qeyd edək ki, Xalq artisti yaradıcılığı boyu dəfələrlə Kamal bəstələrinə müraciət edib.
Hətta Aygün Kazımovanın repertuarında olan "Nigaranam" mahnısı bir çox dillərə tərcümə olunaraq, onlarla sənətçilər tərəfindən ifa olunub.
Oxşar xəbərlər
Murat Boz: "Pul qazanmaq asan deyil!"
Müğənni Murat Boz açıqlamaları ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o uzun illərdir sadəcə sənətindən pul qazandığını etiraf edib. Murat Boz onu da vurğul...