Gəlinlə bəy bu səbəbdən ŞADLIQ SARAYINI məhkəməyə verdi - 200000 alacaq
Türkiyənin İzmir şəhərində qəribə olay yaşanıb.
BAKU.WS xəbər verir ki, Bayraqlı rayonunda yaşayan Feride və Şərəf Derin cütlüyünün 2023-cü il dekabrın 27-də baş tutan dəbdəbəli toy mərasimi kameralar vasitəsilə çəkilməyib.
Cütlüyün vəkili Ebru Bilgenin verdiyi məlumata görə, toy zamanı salonda gəzən kameraman bütün mərasimi çəkdiyi təəssüratını yaradıb.
Lakin toyun sonunda məlum olub ki, kameraman əslində heç bir düyməni basmayıb və mərasim boyu videogörüntü qeydə alınmayıb.
Yaşadıqları ağır mənəvi sarsıntını dilə gətirən gəlin Feride Derin, "Toy günü bizim üçün bir dəfə yaşanır. Əlimizdə heç bir yaxşı görüntünün olmaması bizi çox sarsıtdı. İndi təkcə qohumların telefonları ilə çəkdiyi zəif görüntülərlə təsəlli tapmağa çalışırıq", - deyə bildirib.
Hazırda isə cütlüyün İzmir İstehlakçı Məhkəməsinə etdiyi müraciət öz müsbət nəticəsini verib.
Məhkəmə, geri qaytarılması mümkün olmayan mənəvi itkini nəzərə alaraq, cütlüyün hər birinə 100 min lirə olmaqla, cəmi 200 min lirə mənəvi təzminat ödənilməsinə qərar verib.
Vəkil Ebru Bilgen sosial mediada bu xəbəri paylaşdıqdan sonra bir çox insanın oxşar problemlərlə üzləşdiyini, lakin hüquqi yola əl atmadıqlarını gördüklərini qeyd edərək, cütlüklərə hüquqlarını tələb etmələri üçün çağırış edib.
Oxşar xəbərlər
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi
ABŞ Dövlət Departamenti Kubaya qarşı sanksiyaların genişləndirildiyini elan edib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sanksiyalar Kubanın Turizm Nazirliy...