Əhaliyə maaş və pensiyalarla bağlı ŞAD XƏBƏR - AÇIQLAMA
"Azərbaycanda artan iqtisadi və maliyyə imkanlarının artması nəticəsində büdcədə 2 milyard manatdan artıq profisit yaranıb".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Deputat əlavə edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2023-cü ilin dövlət büdcəsinə əlavə düzəlişlər layihəsinin hazırlanması qərara alınıb və yaxın günlərdə layihə Milli Məclisdə müzakirə olunacaq:
"Dürüstləşmə nəticəsində ilk növbədə əlavə vəsaitlər azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin miqyasının daha da artırılması üçün əlavə maliyyə mənbəyinin təmin edilməsi üçün istifadə olunacaq.
Hazırda bu istiqamət üzrə büdcədə nəzərdə tutulmuş xərclərin məbləği 3 milyard manatdır, dürüstləşmədən sonra bu rəqəmin 4,5 milyard manata çatdırılacağı, hətta bir qədər də artıq olacağı nəzərdə tutulur.
Mövcud büdcə xərclərində ölkənin müdafiə potensialının və hərbi imkanların möhkəmləndirilməsi də əsas prioritetdir. Həmçinin, büdcəyə dürüstləşmədən sonra xərclərin bir qismi sosial sahədə bəzi prioritet istiqamətlər üzrə xərclərin də artırılması istisna olunmur, əhalinin aztəminatlı və həssas sosial qruplarının sosial müdafiə və təminatının daha da yaxşılaşdırılması məqsədilə bu istiqamətdə əlavə maliyyələşmənin təmin edilməsi də mümkündür. Nəticədə maaş və pensiyaların artımı ilə bağlı vəsaitlər də həmin xərclərdə yer ala bilər".
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...