VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

  

Azərbaycanda orta məktəblərdə istifadə edilən məktəbli gündəliyinin "Bayram günləri" bölməsində Dövlət Müstəqilliyi Günü 9 noyabr olaraq göstərilib.
 
BAKU.WS-in məlumatına görə, valideynlər tərəfindən sosial şəbəkədə paylaşılan şəkildən görünür ki, "Bayram gün"ləri səhv qeyd edilib.
 
Əslində 9 noyabr tarixi "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" kimi qeyd olunur. "Müstəqillik Günü" isə 18 oktyabr olaraq qeyd edilir. 

Təhsil Nazirliyindən BAKU.WS-in orta məktəblərdə istifadə edilən məktəbli gündəliyindəki səhvlə bağlı sorğusuna cavab olaraq bildirlib ki, Təhsil Nazirliyi qeyd edilən məsələ ilə bağlı cavabdehlik daşımır.

Nazirlikdən əmin edirlər ki, bununla əlaqədar müvafiq araşdırma aparılacaq.
 
ŞAHİN Həbibov
BAKU.WS