16 yaşında ərə verilən qızın qardaşı danışdı: Toyu olub... - VİDEO

19
dek
2022
20:50
Ucar rayonunun Qaracallı kəndində yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.
BAKU.WS Xəzər Tv-yə istinadən xəbər verir ki, toy şənliyi dekabrın 17-də təşkil edilib.
Kənd sakini 16 yaşlı qız həmkəndlisi Qəribxan Lətifova ərə verilib.
Bir həftə əvvəl isə cütlüyün qız toyu olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
DİN-dən Sabirabadda 16 yaşlı qızın ərə verilməsinə münasibət - YENİLƏNİB
"Sabirabad rayonunda 17 yaşlı qızın ərə verilməsi faktı ilə bağlı Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən bütün tədbirlər icra o...
