Azərbaycan otellərində fantastik Yeni il qiymətləri (CƏDVƏL)
Yeni ili Azərbayanda keçirmək istəyən vətəndaşlar daha çox otellərə üz tuturlar. Xüsusilə, istirahət mərkəzlərində Yeni il şənliklərinin keçirilməsi sadə vətəndaşın marağını cəlb edir.
Məhz buna görə BAKU.WS Azərbaycanda Yeni il qeyd etmək istəyənlər üçün otellərdəki qiymətlərlə maraqlanıb. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb. Kiçik bir araşdırmadan sonra ortaya maraqlı rəqəmlər çıxıb.
Qeyd edək ki, bu il Yeni il şənliyi təşkil olunan otellər daha çox Qəbələ, Quba, Qusar və Şamaxıda yerləşən otellərdir.
Qəbələ Azərbaycanın ən çox otel olan bölgəsi olsa da burada Yeni il şənliyi üçün yer tapmaq çətin olacaq. Belə ki, rayondakı "Qafqaz Riverside Hotel”, "Qafqaz Tufandağ”, "Qafqaz Sport Hotel”, "Qafqaz Resort” da Yeni il şənliyi üçün yerlər tamamilə tutulub.
"Qafqaz Karvansaray Hotel”. Bu oteldə də iki nəfər üçün qiymət 415 manatdır. Yeni il günləri Qəbələdə daha iki oteldə qalmaq olar, lakin orada Yeni il şənliyi təşkil olunmayacaq.
Bunlar "Qafqaz Yeddi Gözəl” və "Qafqaz Termal Hotel and Spa”dır. Burada isə qiymətlər "Qafqaz Yeddi Gözəl”də 240 manat, "Qafqaz Termal Hotel and Spa”da isə 465 manatdır.
"Şahdağ”da Yeni ili qarşılamaq müştərilərə 1120-1270 manata başa gələcək. Bura dekabrın 30-dan yanvarın 4-dək "Şahdağ”da gecələmək, gündə iki dəfə yemək və Yeni il gecəsi və şam yeməyi daxildir.
Eyni bölgədə yerləşən "Zirvə Hoteli”n də dekabrın 30-dan yanvarın 4-dək gündə iki dəfə qidalanma daxil olmaqla 2 nəfərlik istirahət paketinin qiyməti 190 manatdır. Burada ayrıca Yeni il şənliyi üçün nəzərdə tutulan paketin qiyməti 990 manatdır. Bu paketə də spirtli içkilər, tam qidalanma və şənlik gecəsi üçün dəvət olunmuş DJ daxildir.
Qusarın digər məşhur otellərinin birində - "Pik Palace”da istirahət etmək üçün minimum 4 gecə müddətinə otaq götürməlisiniz.
Səhər yeməyi də daxil olan iki nəfərlik otağın qiyməti 282 manatdan başlayır. Yeni il paketi iki nəfər üçün 1586 manatdır. Şənliyə əməkdar artist Tünzalə Ağayevanın solo-konserti, "Jazzberry” musiqi qrupu və Camal Eminli, rəqs qruplarının çıxışları, yarışmalar, atəşfəşanlıq və Ukraynadan dəvət edilən DJ Anastasiya Feldmanın çıxışları daxildir.
Qusarda yerləşən "Park Chalet” otelində iki nəfərlik otaqlar 250 manatdan başlayır, burada da istirahət etmək üçün minimum 4 gecəni məşğul etmək lazımdır. Yeni il günü isə iki nəfərə 306 AZN-dir. Gecədə DJ-lər, müğənni Diana çıxış edəcəklər. 7 yaşa qədər uşaqlar pulsuz, 7-10 yaşa qədər olan uşaqlar 30 manat əlavə ödəməlidir. Yeni şənliyi paketi 1090 manata başa gəlir.
Şimal bölgəsinin digər dəbdəbəli oteli "Quba Rixos” hazırda sosial şəbəkələrdə Yeni il şənliyinin 859 manata başa gələcəyi barədə reklam kampaniyası keçirir.
Yeni il şənliyi paketinin qiyməti 1359 manatdır. Dekabrın 1-dən sonra alınan paketlərin qiyməti isə eyni şərtlərlə 1559 manat olacaq.
"Samaxi Palace Sharadil”də Yeni il üçün minimum 2 gecəlik yer rezerv etdirməlisiniz. Qiymət isə 1096 manatdır.
Həmçinin Balakəndə yerləşən "Qubek Hotel”də isə Yeni ilini keçirənlərə 4 gecə 5 günlük paket təklif olunur. Paketin bir nəfər üçün qiyməti 330 manatdır. Gündə 3 dəfə yemək və Yeni il şənliyi də bu qiymətlərə daxildir. 6-10 yaş üçün uşaqlara 50 faiz endirim edilir. Yeni il paketinə Gürcüstanın iki şəhərinə, həmçinin Balakən və Zaqatalaya turlar da daxildir.
"Marxal Resort & Spa”da dekabrın 30-dan yanvarın 3-dəkdir. Qiymət isə bir nəfərə yalnız 1 gün üçün 195 manatdır. 3 yaşa qədər uşaqlar pulsuz, 13 yaşa qəzər uşaqlar üçün isə 90 manat ödəmək lazımdır.
"Şəki Palace”da Yeni il şənliyi ilə bağlı proqram olmasa da, dekabrın 31-də burada istirahət etmək mümkündür. Otaqların standart qiymətləri 2 nəfərlik 250 AZN-dir. 2 yaşdan aşağı uşaqlar üçün isə heç bir ödəmə gərək deyil.
"Ağ Saray Hotel”ində qiymətlər nisbətən ucuzdur. Bu oteldə iki gün bir gecəlik qonaqlamağın qiyməti 90 manatdır. 6-12 yaş uşaqlar üçün isə 50% endirim tətbiq edilir. Qiymətə oteldə səhər yeməyi, qapalı hovuz, SPA mərkəzi və idman zalı xidmətləri daxildir.
"Sheki Saray Hotel”də Yeni il şənliyi paketi hələ ki, hazır olmasa da, 2 nəfərlik standart yerlər 90 manatdır. Bura həmçinin səhər yeməyi daxildir.
Şamaxıda yerləşən "Sakit Göl Hotel”də yerlər artıq rezerv edilib. Bununla belə, bu məkanda Yeni il stolu 1000-1200 manat arasında dəyişir. 6 yaşa qədər olan uşağa hər şey pulsuzdur. 6-11 yaş üçün isə qiymət bir gün üçün 30 manatdır. 12 yaş uşaqlar üçün isə 60 manatdır.
Aytən.H
BAKU.WS
Oxşar xəbərlər
Qafqaz Universitetinə yeni rektor təyin olundu
Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub. APA-nın xəbərinə görə, bu vəzifəyə Azərbaycan Texniki Un...