Qafqaz Universiteti tələbələrinə şad xəbər

Qafqaz Universiteti tələbələrinə şad xəbər
Sosial 1739

 

Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilən Qafqaz Universitetində keçirilən tədbirdə Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib.

Ali Məktəbdən "Report”a verilən məlumata görə, SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur.

Vitse-prezident Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.

Xalik Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. O, bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.

Universitetin idarə edilməsinə yeni təyin edilən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, bundan sonra Ali Neft Məktəbi ilə yanaşı, Qafqaz Universitetinin inkişaf etdirilməsi onun qarşısında duran vacib məsələlərdən olacaq. Elmar Qasımov universitetin inkişafı üçün çalışacağını deyib.

BAKU.WS 

Oxşar xəbərlər

Qafqaz Universitetinin tələbələrinin taleyinə aydınlıq gəldi

Qafqaz Universitetinin tələbələrinin taleyinə aydınlıq gəldi

Bağlanan Qafqaz Universitetinin tələbələrinin taleyinə aydınlıq gəlib. BAKU.WS-in məlumatına görə, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov öz Facebook səhifə...

1805 Sosial 16:15 20 iyul 2016

Son xəbərlər