13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT


Yeni tədris ilinin başlanması, qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq Bakı metrosunun bütün stansiyalarında sərnişin axınının nəzərə çarpacaq dərəcədə artması proqnozlaşdırılır.


Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, bu da maksimum hərəkət ölçüləri - saatda 30 cüt qatar hərəkət qrafikinin istifadə olunması zərurətini doğurur.

Bunları nəzərə alaraq sərnişindaşıma qabiliyyətini artırmaq, sərnişinlərə xidmət səviyyəsini yüksəltmək, hərəkət tərkiblərindən daha da səmərəli istifadə etmək məqsədilə sentyabrın 15-dən Bakı metrosu qış qrafikinə keçir.

Beləliklə qatarların sayı artırılmaqla qatarlararası intervaı da azaldılır.

Belə ki, Həzi Aslanov - 28 may stansiyaları arasında hərəkət intervalı 2 - 2.5 dəqiqə (pik və qeyri-pik saatlarda) olacaq "28 may" - "Dərnəgül" və "28 may" - "İçərişəhər" stansiyaları arasında isə maksimum interval müvafiq olaraq 4-5 dəqiqə olacaq.

Qeyd edək ki, iyul ayından Bakı metrosunda "yay qrafiki" tətbiq edilirdi. Belə ki, xətlərdə  saatda 24 cüt qatar tərkibi hərəkət edirdi və qatarlararası interval artırılmışdı.

Ziya Səccad
BAKU.WS