Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib
Yeniliklərdən dərhal xəbərdar olun
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Qəbələ rayonunun Çuxur-Qəbələ kəndində yerləşən Qəbələ Arxeoloji Mərkəzinin parkında Qəbələnin Vəndam qəsəbəsindən olan rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib. Sərgidə rəssamın 38 əsəri nümayiş olunub.
BAKU.WS xəbər verir ki, sonra Qəbələ Arxeoloji Mərkəzinin yaxınlığında yerləşən parkda İctimai Birliyin təşəbbüsü əsasında ağacəkmə aksiyası keçirilib. Aksiyada Qəbələ və Bakıdan olmaqla, ümumilikdə 32 uşaq iştirak edib.
Qalereya
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...