"Cennet Mahallesi"nin 80 yaşlı aktyoru qocalar evində öldü

Cennet Mahallesinin 80 yaşlı aktyoru qocalar evində öldü
Video
Şou-biznes 192

Türkiyəli aktyor Zihni Göktay vəfat edib.

BAKU.WS xəbər verir ki, uzun müddətdir qocalar evində yaşayan aktyor 80 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Zihni Göktay son illərdə yaşam tərzi ilə tez-tez gündəmə gəlirdi. Aktyor yaşadığı evi plana düşdüyü üçün qocalar evinə yerləşdirilimişdi.

Göktay burada özünü çox xoşbəxt hiss etdiyini və rahat olduğunu bildirmişdi.

Xatırladaq ki, o daha çox "Cennet Mahallesi" serialındakı "Ethem" obrazı ilə yadda qalıb. Bundan başqa "Avrupa Yakası" adlı reytinqli serialda da çəkilib.

Aktyor həmçinin "Meraklı Köfteci", "Tosun Paşa", "Kuruntu Ailesi", "Hababam Sınıfı Askerde", "Yalan Dünya", " Seni Bulacağım Oğlum", " Çıngıraklı Top", "Geçmiş Zaman Olur ki" kimi sevilən ekran işlərində də maraqlı obrazlar yaradıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər