FHN küləkli hava ilə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
06
iyl
2026
19:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyi (FHN) iyulun 7-8-də Bakıda və Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, müraciətdə bildirilib ki, güclü külək səbəbindən qeyd olunan günlərdə dənizə girmək təhlükəlidir.
FHN vətəndaşları təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağıraraq, qaydalara laqeyd yanaşmanın insan həyatı üçün ciddi təhlükə yaratdığını vurğulayıb.
Qeyd olunub ki, təhlükə ilə üzləşən şəxslər dərhal 112 qaynar xəttinə zəng etməlidirlər.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...