Yeni Günəşlidə su borusundakı qəza aradan qaldırıldı - AÇIQLAMA

Yeni Günəşlidə su borusundakı qəza aradan qaldırıldı - AÇIQLAMA
Video
Sosial 633

Yeni Günəşli ərazisində partlayan su borusu ilə bağlı yaranan problem aradan qaldırılıb.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qeyd edilib ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, bina 29, D massivi ünvanında diametri 110 mm olan içməli su xəttində baş vermiş qəza barədə məlumat rayon sukanal idarəsinə daxil olan kimi əməkdaşlar əraziyə cəlb olunublar və qəza dərhal aradan qaldırılıb.

Görülən işlər zamanı su təminatında fasilə yaranmayıb.

*** 14:10

Yeni Günəşli ərazisində partlayan su borusu ilə bağlı hadisə yerinə briqada göndərilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib.

Qurumdan həçinin deyilib ki, hazırda qəzalı vəziyyətin aradan qaldırılması istiqamətində işlər görülür.

***12:48

Suraxanı rayonunda vətəndaşların həyətini su basıb.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.

Şikayətçilər bildirir ki, su borusu sıradan çıxaraq sakinlərin gündəlik yaşayışını çətinləşdirib.

Nəticədə Yeni Günəşli, bina 29, D massivi ünvanındakı evlərin həyətini su basıb.

Sakinlər onu da bildirib ki, xoşagəlməz vəziyyət 1 ildir davam edir. Bununla bağlı adiyyəti quruma da müraciət ediblər. Lakin yenə də problem öz həllini tapmayıb.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər